"Tottenhem" İngiltərə Premyer Liqasını tərk edəcəyi təqdirdə futbolçuların əksəriyyətinin maaşı təxminən 50 faiz azaldılacaq.
PLANETİNFO.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.
Bildirilir ki, bu bənd London klubunun idarə heyətinin sədri vəzifəsindən Daniel Levynin 2025-ci ilin sentyabrında ayrılmasından əvvəl bağlanmış bütün müqavilələrə daxil edilib.
"Mahmızlar" cari mövsümdə 28 oyundan sonra 29 xal toplayıb və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda düşmə zonasından 4 xal uzaqdadır. Növbəti Premyer Liqa matçını 5 mart tarixində "Kristal Pelas"a qarşı keçirəcək.
"Tottenhem" sonuncu dəfə 1977-ci ildə Çempionşipə düşüb.