Gündəm / Dünya / İdman Bugün, 20:15

Silahlı şəxslər futbolçusunun evinə girdi - Anasını, qardaşını, sevgilisini…



Altı silahlı cinayətkar “Roma”nın yarımmüdafiəçisi Neyı El-Aynauinin evini qarət edib .

Planetinfo.az xəbər berir ki, “Messaggero”nun məlumatına görə, üzləri örtülü, tapançalarla silahlanmış və qara geyimli altı naməlum şəxs pəncərə barmaqlıqlarını sındıraraq futbolçunun evinə soxulub.

Cinayətkarlar futbolçunun özünü, anasını, sevgilisini, qardaşını və onun həyat yoldaşını bir otağa kilidləyiblər.

Soyğunçular təxminən 10.000 avro dəyərində zinət əşyaları, bir “Rolex” saatı və bir neçə çanta oğurlayıblar.

Mənbənin məlumatına görə, heç kim xəsarət almayıb. Polis hazırda araşdırma aparır.

Xəbər lenti