Gündəm / İdman
21-03-2026, 23:08
Premyer Liqa: "Liverpul" səfərdə məğlub oldu
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Planetinfo.az xəbər verir ki, "Liverpul" səfərdə "Brayton"un qonağı olub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda Mersisayd klubu 49 xalla beşinci pillədə qərarlaşıb. "Brayton" isə 43 xalla səkkizinci yerdədir.