“Barselona” əsas oyunçularından birini satmağa hazırdır.
Planetinfo.az xəbər verir ki, “Radio Marca”nın jurnalist Matteo Morettoya istinadən verdiyi məlumata görə, “Barselona” müdafiəçi Jul Kunde üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
Moretto deyib: “Əgər yaxşı təklif gələrsə, “Barselona” imtina etməyəcək. Kunde toxunulmaz deyil”.
Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri Jül Kundeni 65 milyon avro dəyərində qiymətləndirirlər. 27 yaşlı Kundenin “Barselona” ilə 2029/2030 mövsümünün sonuna qədər müqaviləsi var.