Gündəm / İdman
4-04-2026, 20:05
Türkiyə çempionatında nadir hadisə - Qapıçı uzaqdan qol vurdu
Türkiyənin Superliqasının 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" – "Kayserispor" oyunu nadir hallarda rast gəlinən qolla yadda qalıb.
Planetinfo.az xəbər verir ki, "Kasımpaşa" komandasının qapıçısı Andreas Gianniotis qapıdan-qapıya qol vurub.
Matçın 66-cı dəqiqəsində öz cərimə meydançasından təxminən bir metr aralıdan uzaq məsafəyə zərbə endirən qapıçının vurduğu top rəqib cərimə meydançasında yerə dəyərək "Kayserispor"un qolkiperi Bilal Bayazitin üzərindən tora daxil olub.
Görüş "Kasımpaşa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.