Gündəm / İdman 11-04-2026, 16:30

Millimiz Gürcüstana uduzdu



Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

Planetinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub 2:5.

Oyun Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin (4:2) qələbəsi ilə bitib.

Ayın 13-də və 15-də isə komanda Aktauda Qazaxıstanla yoldaşlıq matçları keçirəcək

Xəbər lenti