“Şamaxı”nın və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bölgə klubundan ayrılır.
Planetinfo.az xəbər verir ki, bu barərə 44 yaşlı mütəxəssisin özü məlumat verib.
“İstəyərdim ki, məndən sonra da nəticələr yaxşı olsun. Çünki “Şamaxı” mənim üçün doğma klubdur. İlk dəfədir ki, bir klubdan rahat şəkildə ayrılıram (gülür)”.
Qeyd edək ki, Abbasovun “Şamaxı” ilə müqaviləsi mövsümün sonunda başa çatır.