Gündəm / İdman Dün, 19:46

"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib



Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Planetinfo.az xəbər verir ki, bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Xəbər lenti