“Santos”un hücumçusu Neymar maraqlı açıqlama verib.
Planetinfo.az xəbər verir ki, braziliyalı ulduz futbolda dəyişmək istədiyi qayda barədə danışıb.
“Mən ofsayd qaydasını dəyişərdim. Oyundankənar vəziyyət yalnız yüksək ötürmələr zamanı tətbiq olunmalıdır. Əgər pas ayağa və ya sinədən aşağı verilirsə, ofsayd qeydə alınmamalıdır”, – deyə Neymar bildirib.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarından “Santos”da çıxış edir. Onun San-Paulu təmsilçisi ilə müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.