Gündəm / İdman 19-04-2026, 14:36

Nəriman oynadı?



ABŞ-da MLS liqasının Şərq Konfransının 8-ci turunun oyunları keçirilib.

Planetinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” səfərdə “Nyu-Enqland Revolyuşn”a 1:2 hesabı ilə məğlub olub.

Nəriman meydana 88-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra daxil olub.

“Kolambus Kryu” hazırda turnir cədvəlində 6 xalla 12-ci pillədədir.

Xəbər lenti