Hadisə 11-05-2026, 12:21

Bakıda motosiklet qəza törətdi – Ölən var



Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.

Bu barədə Planetinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.


Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti