2025-ci ildə Rusiyada rekord sayda döyüş təyyarəsi istehsal edilib.
Planetinfo TASS-a istinadən bildirir ki, bu barədə "Rostex" Birləşmiş Aviasiya Korporasiyası məlumat verib.
Qurumun məlumatına görə, Korporasiya Rusiya Müdafiə Nazirliyinə Su-35S çoxməqsədli qırıcı təyyarələrinin son partiyasını istehsal edib və təhvil verib. "Rostex" bildirib ki, bu, 2025-ci ilə planlaşdırılan son partiyadır.
Təyyarələr bir sıra tələb olunan yerüstü və uçuş sınaqlarından keçib və Rusiya Aerokosmik Qüvvələrinə təhvil verilib.
Cavid