Hadisə Bugün, 17:06

İtaliyada dəhşətli qətl - Üç pitbull 52 yaşlı kişinin cəsədini parçalayıb yedilər



İtaliyanın Riqali şəhərində üç iti ilə yaşayan 52 yaşlı Salvatore Allegrucci ötən həftə evində xəstələndikdən sonra vəfat edib.

Planetinfo.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, uzun müddət onunla əlaqə saxlaya bilməyən qohumları polisə məlumat veriblər.

İlkin araşdırmalar göstərir ki, bədbəxt kişi tapılmadan dörd gün əvvəl xəstələnib və ölüb. Evdə ilişib qalmış üç pitbul itinin aclıqdan sahibini yediyi müəyyən edilib. Polis kişinin cəsədinin evin içərisində qan içində və hissələrə bölünmüş halda tapıldığını bildiriblər.

Xəbər lenti