Hadisə 17-11-2025, 10:42

Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi

Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi
Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib.

Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır. (modern)

Xəbər lenti