Hadisə 19-11-2025, 16:21

Rusiyanın ticarət mərkəzlərində Çin robotları zidmət göstərəcək



Rusiyanın ticarət mərkəzlərini Çin robotları təmizləyəcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanln Ticarət Mərkəzləri İttifaqı (USC) açıqlayıb.

İttifaq bəyan edib ki, Rusiya ticarət mərkəzlərində təmizləyici robotların tətbiqi proqramını sınaqdan keçirir.

"İttifaq olaraq biz ticarət və ofis mərkəzlərindən təmizlik xidmətlərinin qiymətinin kəskin artması ilə bağlı çoxlu sayda sorğular alırıq. Ona görə də biz bir neçə şirkətdən olan həmkarlarımızla birlikdə təmizlik robotları ilə lizinq proqramı hazırlayırıq ki, lizinq ödənişləri vasitəsilə əmlak sahiblərinin yükünü azaltmaq mümkün olsun. Artıq Moskvadan bir neçə müraciətimiz var və onlarla regional proqramı sınaqdan keçirmişik",-deyə qurum bildirib.

Proqram hələ bu ildən test rejimində işə salına bilər. Bunun ilkin investisiyası 200-300 milyon rubl kimi qiymətləndirilir.

Anar

Xəbər lenti