Hadisə 10-03-2026, 16:51

Şəmkirdə avtomobildən kişi meyiti TAPILDI


Şəmkirdə avtomobildən kişi meyiti tapılıb.

Hadisə Şəmkir şəhərinin ərazisində baş verib.

“Toyota Prado” markalı avtomobildə nəqliyyat vasitəsinin sahibi, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədov ölü halda aşkarlanıb. Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. //Bizim Media

Xəbər lenti