Hadisə 13-03-2026, 09:22

Sumqayıtda partlayış oldu - Xəsarət alanlar var

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti