İdman 23-04-2026, 09:36

“Qalatasaray” ulduz futbolçu ilə bağlı qərar verdi



“Qalatasaray” mövsümün fasiləsində “Napoli”dən icarəyə götürdüyü Noa Lanqla bağlı qərarını verib.

Planetinfo.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçunun 30 milyon avroluq birdəfəlik almaq seçimini həyata keçirmək istəmir. Bildirilir ki, İstanbul təmsilçisi bu transfer üçün əlavə xərc çəkmək istəmir. “Qalatasaray” büdcəsini mövsümün sonunda başqa transferlərə yönəltmək istəyir. Digər tərəfdən, futbolçu ilə Türkiyənin digər klublarının da maraqlandığı iddia edilir.

Buna baxmayaraq, Noa Lanqın Türkiyədə yalnız “Qalatasaray” formasını geyinmək istədiyi bildirilir.

Xəbər lenti