“Real Madrid” klubunda baş məşqçi postu ilə bağlı müzakirələr davam edir.
Planetinfo.az xəbər verir ki, klub rəhbərliyi yeni mövsüm üçün namizədlərin siyahısını müəyyənləşdirib. Bildirilir ki, siyahıda Joze Mourinyo, Maurisio Poçettino və Yurgen Klopp kimi tanınmış mütəxəssislər yer alır. Eyni zamanda, Yulian Naqelsmann və Didye Deşamın da mümkün variantlar arasında olduğu qeyd olunur.
Qeyd edilir ki, hazırkı baş məşqçi Alvaro Arbeloanın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir. Bildirilir ki, bəzi namizədlərlə ilkin təmasların qurulduğu istisna edilmir.