16-18 yanvar tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 13-cü turun görüşləri oynanılıb. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
A qrupu
"Gəncə" - "Neftçi" (75:77)
"Sabah" - "Şəki" (112:65)
NTD - "Abşeron Lions" (93:100)
B qrupu
"Lənkəran" - "Naxçıvan" (75:106)
"Ordu" - "Sərhədçi" (98:82)
"Sumqayıt" - "Quba" (94:90)
Qeyd edək ki, 13 turdan sonra "A" qrupuna rəqiblərindən 1 oyun artıq keçirmiş "Abşeron Lions" klubu başçılıq edir. "B" qrupunda isə lider, məğlubiyyətsiz yoluna davam edən "Ordu" klubudur.
Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü turun oyunlarına 22 yanvarda start veriləcək. Əlavə olaraq 11-ci turdan təxirə salınmış "Sabah" - "Neftçi" və NTD - "Gəncə" oyunları müvafiq olaraq 28 və 29 yanvar tarixlərində oynanılacaq.