İdman 23-02-2026, 14:55

Meksikada kartellər stadiona hücum etdi - Matç dayandırıldı


Meksikada Nekaksa və Keratero klubları arasında keçirilən futbol çempionatı matçı azarkeşlərin və idmançıların həyatına təhlükə yarandığı üçün dayandırılıb.

Planetinfo.az
xəbər verir ki, bu barədə Sport Baza məlumat yayıb.

Fevralın 22-də ABŞ və Meksika Xalisko Yeni Nəsil kartelinin lideri El Mençonu öldürüblər.

Buna cavab olaraq kartel üzvləri magistral yolları bağlayıblar, iğtişaşlar törədiblər, maşınları yandırıblar və mülki şəxslərə hücum ediblər. Stadionun yaxınlığında partlayış səsləri eşidilib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatına ev sahibliyi edəcək şəhərlərdən biri olan Qvadalaxarada yanacaqdoldurma məntəqələri bağlanıb, ictimai nəqliyyat dayandırılıb və kütləvi tədbirlər ləğv edilib.

ABŞ və Kanada aviaşirkətləri münaqişə zonalarına uçuşları ləğv edib. Şəhər qubernatoru sakinləri evdə qalmağa çağırıb.

Xəbər lenti