İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib.
Planetinfo.az xəbər verir ki, Avropa nəhəngi Kilian Mbappe kimi ciddi silahından məhrum olub.
Ulduz hücumçu sol dizindəki zədə səbəbindəm ən az 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Real Madrid” klubundan verilən açıqlamaya görə, fransalı ulduz konservativ müalicə ilə bərpa olunacaq və bu müddət ərzində oynaya bilməyəcək.
Mbappenin kritik matçlardan əvvəl zədələnməsi İspaniya klubunda məyusluq yaradıb.