“Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Planetinfo.az xəbər verir ki, İngiltərə nəhəngi “Real Madrid”in futbolçusu Aurelien Tşouameni ilə maraqlanır. Məlumata görə, “Mançester Yunayted” orta xəttdə sabitlik yaratmaq və müdafiə ilə hücum arasında balansı gücləndirmək üçün təcrübəli və fiziki cəhətdən güclü bir oyunçu axtarışındadır. Tşouameni isə bu baxımdan klubun əsas hədəflərindən biri kimi göstərilir.
Futbolçu hazırda “Real Madrid” heyətində mühüm rol oynasa da, mövsüm ərzində rotasiyalar və rəqabət səbəbindən onun klubdan ayrıla biləcəyi iddia edilir. İspaniya klubunun futbolçunu asanlıqla buraxmaq istəmədiyi, lakin yüksək təkliflər qarşısında danışıqlara açıq ola biləcəyi iddia olunur.