Siyasət 22-12-2025, 08:50

İlham Əliyevin fəaliyyətində ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi özündə əks etdirir




“Prezident İlham Əliyevin fəaliyyətində ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi də özündə əks etdirir”.

Bu fikirləri Planetinfo.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub:

“Həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib”.

Politoloqun sözlərinə görə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb:

“Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir”.

Anar

Xəbər lenti