Siyasət / Dünya 6-01-2026, 14:18

Maduronun oğlu danışdı

Maduronun oğlu danışdı
ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən əsir götürülən Venesuela prezidenti Nikolas Maduro gec-tez vətəninə qayıdacaq.

Publika.az xəbər verir ki, bu barədə onun oğlu, Venesuela parlamentinin üzvü Nikolas Maduro Querra bildirib.

“Gec-tez o, yenidən bizimlə olacaq. Bu, həm Venesuelada, həm də xaricdə xalqımızın birliyi sayəsində mümkün olacaq”, - Maduronun oğlu parlament iclasında bildirib.

EFE-nin məlumatına görə, o, həmçinin Ali Məhkəmənin qərarına uyğun olaraq, dövlət başçısı vəzifəsini icra edəcək Delsi Rodrigesi tam dəstəklədiyini bildirib.

Xəbər lenti