Dünya Bugün, 18:00

Ukraynada polislərə qumbara atılıb, 6 nəfər yaralanıb


Ukraynanın Dnipropetrovsk vilayətinin Mikolaivka kəndində qumbara partlayıb.

“RBK-Ukraine”nin məlumatına görə, polis üzərində qumbara olan sərxoş kişini saxlamaq istəyib.

Bu zaman həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına iki qumbara atıb, qumbaralardan biri partlayıb.

Hadisə nəticəsində 5 polis əməkdaşı və hadisəni törədən şəxs yaralanıb.

Xəbər lenti