Gündəm / Dünya Bugün, 15:10

Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ



İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto məlumat verib.

Maqnitudası 7,7 olan zəlzələ Flores adası yaxınlığında baş verib. İlkin təkanın ardınca çoxsaylı afterşoklar qeydə alınıb. Zəlzələ nəticəsində yaşayış evləri və müxtəlif tikililər dağılıb, yollarda sürüşmələr baş verib.

07:55

İndoneziyada baş vermiş 7,7 bal gücündə zəlzələ və ardınca qeydə alınan bir neçə güclü təkan nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.

Bunu şərqi Nusa-Tenqara əyalətinin qubernatoru Melki Laka Lena Kupanqda keçirdiyi mətbuat konfransında bildirib.

***

İndoneziyanın Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Labuan Bajo şəhərindən 162 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı edilib.

İlkin məlumata görə, zəlzələ nəticəsində bir kişi və bir qadın ölüb. Ölü sayının artacağı istisna edilmir.

Xəbər lenti