Gündəm / Dünya Bugün, 14:45

Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb



Ukrayna Silahlı Qüvvələrinin (VSU) döyüşçüləri "Donetsk Xalq Respublikası"ndakı (Ukraynanın işğal edilən Donetsk bölgəsi-red.) Rusiya hərbi marşrutları boyunca dronlardan smartfonlar atırlar. Bu smartfonlarda partlayıcılar olur.

Bu barədə Rusiya ordusunun "Mərkəz" qüvvələrinin Motoatıcı Diviziyasının 102-ci alayının hücum dəstəsinin tağım komandiri Denis Firsov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ukraynalı döyüşçülər partlayıcı qurğuları adi əşyalar kimi maskalayırlar. Əsasən telefonlar, siqaret qutuları və su şüşələri rusiyalı döyüşçülər üçün partlayıcı tələlərə çüvrilir. Kənardan baxanda bu qurğular sadəcə yola, yerə atılmış adi əşyalara bənzəyir.

“Telefonu yerə atıblar. Osadəcə cığırda öz "sahibini" gözləyir... Beləcə gəzən zaman cığırda adi bir telefon görürsünüz”, - Firsov deyib

Döyüşçü onu da əlavə edib ki, bəzi hallarda quraşdırılan qurğunun naqilləri bəzi hallarda telefonun korpusundan kənara da çıxa bilər ki, bu da əşyada partlayıcının mövcudluğunu göstərir. Komandir qeyd edib ki, Rusiya hərbçiləri artıq əşyaların bu cür minalanmasının, partlayıcıların gizli şəkildə yerləşdirilməsi üsullarından xəbərdardırlar. Ona görə də döyüşçülər şübhəli əşyaları götürmürlər və onları zərərsizləşdirmək üçün tədbirlər görürlər..

Xəbər lenti