Gündəm Bugün, 15:35

İmişlidə ölümlə nəticələnən qəza baş verdi



İmişli rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Xubyarlı kəndi ərazisindən keçən hissəsində Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər nəqliyyat vasitəsinə dəyərək idarəetməni itirib və yoldan çıxıb.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti