Amerikalı milyarder İlon Maskın atası Errol Mask növbəti dəfə Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
İş adamı "RİA Novosti" agentliyinə açıqlamasında bildirib ki, o, Volodimir Zelenskini Ukraynanın qanuni Prezidenti hesab etmir.
"Ukraynada seçkilər keçirilmir. Bu Zelenskini yenidən seçməyiblər. O, seçki yolu ilə fəaliyyət göstərən prezident deyil", - deyə iş adamı bildirib.
Xatırladaq ki, Volodimir Zelenskinin səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatıb. Ukraynada yeni prezident seçkiləri ölkədəki hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv edilib.
Errol Mask bundan əvvəl də diqqət çəkən açıqlamalar vermişdi. O, iddia edib ki, ABŞ korporasiyalarının nümayəndələri çirkli pulların yuyulması və müxtəlif saxtakarlıq fəaliyyətləri ilə məşğul olmaq üçün Ukraynaya səfərlər edirlər.