Abşeron rayonu ərazisində yerləşən 4 yarımtikilidən 2000 manat dəyərində elektrik naqili, məişət əşyaları, 1 avtomobildən isə səsgücləndirici və digər avadanlıqlar oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı C.Abbasov saxlanılıb. Araşdırmalarla onun oğurladığı avadanlıqları satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.