Dünya Bugün, 17:20

İrandan BƏƏ ərazisinə 2800-dən çox raket və dron atılıb


İran silahlı qüvvələri fevralın 28-dən – ABŞ-nin hərbi əməliyyata başlamasından atəşkəs elan edilənədək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2800-dən çox raket və dron atıb.

Planetinfo.az xəbər verir ki, bu barədə BƏƏ-nin Vaşinqtondakı səfirliyi məlumat yayıb.


“İran Birləşmiş Ərəb Əmirliklərinə 2800-dən çox raket və dron atıb. BƏƏ Yaxın Şərqdəki digər ölkələrə nisbətən daha çox zərbəyə məruz qalıb”, - deyə səfirlikdən bildiriblər.


Səfirliyin məlumatına görə, İranın zərbələrinin təxminən 90 faizi ölkənin enerji və nəqliyyat infrastrukturunu hədəf alıb. Atılan bütün raket və dronların 95 faizi vurulub.

Xəbər lenti