Dünya 30-11-2025, 09:22

Venesuela ABŞ-dən hörmət tələb edir

Venesuela ABŞ-dən hörmət tələb edir
Venesuela ABŞ-dən hava məkanına hörmət etməyi tələb edib.

"Unikal" xəbər verir ki, Xarici işlər naziri İvan Gil hökumətin rəsmi bəyanatını "Telegram"da dərc edib.

Səlahiyyətlilər vurğulayıblar ki, ölkənin hüquqları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) normaları ilə qorunur və 1944-cü il Çikaqo Konvensiyası ilə təsdiqlənir.

Nazirlər Kabinetinin fikrincə, prezident Donald Tramp ölkə üzərində “ABŞ-nin qeyri-qanuni yurisdiksiyasını tətbiq etməyə” cəhd edir, təkəbbürlü sərəncamlar verir və Cənubi Amerika dövlətinin milli hava məkanını, ərazi bütövlüyünü, aviasiya təhlükəsizliyini və suverenliyini təhdid edir.

Xəbər lenti