Dünya 30-11-2025, 10:38

ABŞ təyyarələri Venesuela sərhədlərində

ABŞ təyyarələri Venesuela sərhədlərində
ABŞ hərbi təyyarələri vaxtaşırı Venesuela hava məkanı yaxınlığında, xüsusən də şimal-qərbdən uçur.

Modern.az xəbər verir ki, bu barədə TASS-a hava hərəkətinə nəzarət dairələrindəki məlumatlı mənbə bildirib.

"Amerika aviadaşıyıcısına məxsus qırıcı-bombardmançı və Boeing F/A-18F Super Hornet hücum təyyarəsinin uçuşları Karib dənizindəki Kyurasao adasının hava məkanında qeydə alınıb", - agentliyin mənbəsi bildirib.

O qeyd edib ki, bu hava məkanı Venesuelanın nəzarətində olan ərazi ilə həmsərhəddir. Bu cür uçuşlar real vaxt rejimində hava trafikinə nəzarət edən onlayn sistemlərin məlumatları ilə də təsdiqlənib.

Xəbər lenti