Dünya 30-11-2025, 11:32

Ukrayna sülh sazişi bağlamalıdır - Zalujnı

Ukrayna sülh sazişi bağlamalıdır - Zalujnı
Ukrayna tam qələbə olmadan sülh sazişi bağlamalıdır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Londondakı səfiri Valeri Zalujnı deyib.

“Əlbəttə ki, biz ukraynalılar tam qələbəyə can atırıq. Eyni zamanda, sülh siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün bir şans təqdim edir”, - Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibə heç də həmişə bir tərəfin qələbəsi, digər tərəfin məğlubiyyəti ilə bitmir:

“Bu, İkinci Dünya müharibəsində baş verib, amma nadir bir istisnadır, çünki bəşər tarixində demək olar ki, heç vaxt baş vermir. Müharibələrin böyük əksəriyyəti ya qarşılıqlı məğlubiyyətlə, ya da hamı qalib gəldiyinə əminliklə, ya da başqa bir ssenari ilə başa çatır”.

Xəbər lenti