Dünya 21-11-2025, 09:24

Qətnamə qəbul edildi: İran dərhal hesabat verməlidir!

Qətnamə qəbul edildi: İran dərhal hesabat verməlidir!
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrandan nüvə ehtiyatı və zənginləşdirilmiş uran miqdarı barədə gecikmədən hesabat verməsini tələb edən qətnaməyə səs verib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, qətnamə AEBA-nın 35 üzvdən ibarət idarə heyətinin qapalı iclasında qəbul edilib. Qətnamədə Tehranın zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti və bombardman edilmiş nüvə obyektlərinin yerləri barədə agentliyə gecikmədən məlumat verməsi tələb olunur.

Qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf səslə qəbul edilib.

Xəbər lenti