Dünya 23-11-2025, 08:10

Hər gün 1 milyon avro cərimə ödəməyə hazırıq - Orban

Hər gün 1 milyon avro cərimə ödəməyə hazırıq - Orban
Macarıstan qeyri-qanuni miqrantlara qarşı sıfır dözümlülük siyasətindən əl çəkmək və onları öz ərazisinə buraxmaqdansa, Avropa Komissiyasına gündəlik 1 milyon avro cərimə ödəməyə üstünlük verəcək.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Qeyri-qanuni miqrantları ölkəyə buraxmadığımız üçün Brüsseldən gündəlik 1 milyon avro cərimə? Biz bunu ödəyəcəyik. Həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün. Bu, qorxu içərisində yaşamaqdan daha yaxşıdır. Bu Milad Macarıstana gəlin və Avropanı olduğu kimi yaşayın", - deyə Orban bildirib.

Xəbər lenti