Dünya 30-03-2026, 13:12

Əlirza Təngsirinin öldüyü TƏSDİQLƏNDİ



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.

Planetinfo.az xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

"Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb", - SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.

Xəbər lenti