Rusiya prezidenti Vladimir Putinin Qırğızıstana dövlət səfəri zamanı sürpriz qarşılanma mərasimi təşkil edilib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, Kreml rəhbəri Bişkekdə “Kalinka-Malinka” ilə qarşılanıb. Melodiya folklor-etnoqrafik ansamblın musiqiçiləri tərəfindən ifa olunub.
Rusiya liderini qarşılamaq üçün Bişkek hava limanına Qırğızıstan Prezidenti Sadır Japarov şəxsən gəlib.
Dövlət başçıları hava limanına gedərkən sənətçilər milli rəqslər nümayiş etdirərək qızıl qartal və itlərlə ənənəvi qırğız ovunu təqlid ediblər.
Rusiya prezidentinin Qırğızıstana səfəri üç gün, noyabrın 25-dən 27-dək davam edəcək.Bu günlər ərzində Putin bir sıra ikitərəfli görüşlər keçirəcək və KTMT sammitində iştirak edəcək.
Anar