Dünya 26-11-2025, 11:07

Uitkoff gələn həftə Moskvaya səfər edəcək

Uitkoff gələn həftə Moskvaya səfər edəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff gələn həftə Moskvaya səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.

"Uitkoffla bağlı deyə bilərəm ki, onun gələn həftə Moskvaya gəlməsi üçün ilkin razılıq əldə edilib. O və Ukrayna məsələsi ilə məşğul olan bir neçə administrasiya rəsmisi gələcək", - Kremlin rəsmisi qeyd edib.

Xəbər lenti