Dünya Bugün, 16:45

Qırğızıstanda terror təşkilatının üzvü saxlanıldı


Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları ölkədə terror təşkilatının tərəfdarını saxlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə DTKK-nın mətbuat mərkəzi məlumat yayıb.

Saxlanılan şəxsin adı istintaq naminə açıqlanmayıb. Komitə şübhəlinin xaricə döyüş zonasına getməyi və əvvəllər MDB ölkələrində yüksək səviyyəli terror hücumları törətmiş beynəlxalq terror təşkilatının liderinə qoşulmağı planlaşdırdığını qeyd edib.

Vurğulanıb ki, hazırda istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti