Dünya 8-04-2026, 16:40

Yaponiyanın İranla münasibətləri sarsılıb - ABŞ-dən asılılığına görə


Yaponiyanın xarici siyasətdə ABŞ-dən həddindən artıq asılılığı onun İranla ənənəvi dostluq münasibətlərini sarsıdıb və Tokionun Yaxın Şərqdə diplomatiya qurmaq səylərinə mane olub.

Planetinfo.az xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Tokio Xarici Araşdırmalar Universitetinin professoru Hideaki Şinoda deyib.

"Bu münaqişə Yaponiyanın ənənəvi olaraq yaxşı münasibətlərə malik olduğu İranla ikitərəfli münasibətlərdə kövrəklik yaradıb. Bu, Takaiçi administrasiyasının ABŞ-yə qarşı xarici siyasətə həddindən artıq güvənməsi ilə bağlıdır. Bu, çox güman ki, Yaponiyanın Yaxın Şərq diplomatiyasına maneə olacaq", - deyə o bildirib.

Şinoda qeyd edib ki, İrana endirilən zərbələr səbəbindən bir çox Asiya ölkəsi ABŞ-dan uzaqlaşıb, yalnız Yaponiya fərqlənib və Amerika tərəfdarı olub.

Şinoda əlavə edib ki, Yaponiyanın gələcəkdə bunu minimuma endirmək üçün diplomatik ehtiyatlılıq göstərməsi arzuolunan olardı. Amma bu, asan olmayacaq.

Xəbər lenti