ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra İsrail Livana hücumlarını dərhal dayandırmalıdır.
Planetinfo.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi bildirib.
Bəyanatda deyilir:
"Hərbi əməliyyatların dayandırılması barədə elan İsrailin qardaş Livana qarşı təkrar hücumlarını dərhal dayandırmasında öz əksini tapmalıdır".
Misir Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın iki həftəlik atəşkəs elan etməsindən sonra Livandakı vəziyyətin kritik olaraq qaldığını vurğulayıb.