Dünya 8-04-2026, 17:30

Rusiyadan Aİ-yə ŞOK İTTİHAM - Gizli formada nüvə silahı hazırlayırmış


Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa İttifaqının nüvə silahı istehsalı potensialını yaratmaq məsələsini gizli şəkildə araşdırmağa başlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, Aİ bunu Rusiya təhdidinin qarşısını almaq zərurəti ilə izah edib.

Bəyanatda deyilir ki, ilkin mərhələdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və digər Aİ orqanları bu cür hazırlıqların mümkün qədər gizli qalmasını təmin etmək barədə razılığa gəliblər.

Bildirilib ki, beynəlxalq və Avropa ictimaiyyətinin diqqətini yayındırmaq üçün Brüssel ABŞ-nin nüvə çətirinə güvənməyi özündə ehtiva edən ənənəvi kursuna sadiqliyini nümayiş etdirir.

Nəşrdə əlavə edilib ki, Britaniya və Fransa milli nüvə doktrinalarının daha sıx əlaqələndirilməsini inkişaf etdirməyə davam edəcəklər və sonra ümumavropa nüvə çəkindirmə doktrinasının rəsmiləşdirilməsi gözlənilir.

FTX iddia edib ki, Avropa Birliyi nüvə qüvvələrinin muxtar komandanlığı yaratmaq imkanını özü üçün saxlayacaq.

Xəbər lenti