Dünya 8-04-2026, 16:32

Şimal Cənuba cavab verdi - Koreya səmaları raketlərə büründü


Şimali Koreyanın buraxdığı sonuncu raket göydə 700 kilometr uçub.

Planetinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Vonsan bölgəsindən Yapon dənizinə doğru qısa mənzilli ballistik raket atılıb.

Raketlər 240 km uçub. Cənubi Koreya ordusu raketlərin KN-23 sistemindən buraxıldığına inanır.

Seulun məlumatına görə, raket buraxılışları bir gün əvvəl də baş tutub. KN-25 600 mm çoxnövlü raket sisteminin sınaqdan keçirildiyi ehtimal edilir.

Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi bu səhər təcili iclas keçirib və ballistik raket atışlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi pisləyib.

Xatırladaq ki, ötən gün Cənubi Koreya Prezidenti Li Çje Myonq Şimali Koreyadan pilotsuz təyyarələr atıldığına görə üzr istəyib.

Xəbər lenti