Suriya aviasiyası həm yerli hava limanlarına uçan təyyarələr, həm də tranzit uçuşlar üçün ölkənin hava məkanından istifadə üçün bir sıra şərtlər tətbiq edib.
Planetinfo.az xəbər verir ki, bu barədə ölkənin aviasiyası məlumat yayıb.
Bildirilib ki, Dəməşq hava dispetçerləri ilə giriş vaxtından ən azı beş dəqiqə əvvəl məcburi əlaqə saxlanılmalıdır.
Bundan əlavə, Suriyadakı hava hərəkəti dispetçerləri xəbərdarlıq ediblər ki, hava məkanında uçuşların intensivliyi hava hərəkəti idarəetmə mərkəzinin tutumundan asılıdır və tənzimlənə bilər.
Əlavə edilib ki, bu şərtlər 31 may tarixinin sonuna qədər qüvvədə qalacaq.
Qeyd edək ki, dünən Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsi Ərəb Respublikasının hava məkanını açdığını, əvvəllər bağlanmış bütün dəhlizlərdən uçuşlara icazə verdiyini və Dəməşq hava limanının yenidən açıldığını elan edib.