40 günlük müharibə ərzində İran və Livandan atılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub.
Planetinfo.az xəbər verir ki, bu barədə İsrailin Ynet qəzeti məlumat yayıb.
Belə ki, bu raket zərbələri nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
İranın birbaşa zərbələri nəticəsində 22 nəfər, döyüşdə 12 hərbçi həlak olub və 7 nəfər müharibə ilə əlaqəli qəzalar və ya tibbi insidentlər nəticəsində ölüb.
Müharibə başlayandan 7451 nəfər xəstəxanaya yerləşdirilib.