İki həftəlik atəşkəs elan edildikdən sonra yüzlərlə etirazçı Nyu-Yorkun "Times" meydanında toplaşaraq ABŞ-İsrail arasında İrana qarşı müharibənin birdəfəlik dayandırılmasını tələb edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb.
Etirazçılar əllərində "İrana qarşı müharibəni dayandırın" və "Livanın bombalanmasını dərhal dayandırın" yazılı plakatlar tutublar.
Onlarla insan Londondakı İsrail səfirliyinin qarşısında toplaşaraq Livana qarşı ölümcül hücumlara son qoyulmasını tələb ediblər.