Dünya 9-04-2026, 17:05

Netanyahu dinc qalmır - "Hizbullaha zərbələr endirməyə davam edəcəyik"


İsrailin Baş naziri Benyamin Netanyahu Hizbullaha zərbələr endirməyə davam edəcəklərini bildirib.

Planetinfo.az xəbər verir ki, ötən gün İsrail ordusu Beyrutda Hizbullah lideri Naim Qasımın şəxsi katibi və qardaşı oğlu Əli Yusif Harşini məhv edib.

Eyni zamanda İsrail ordusu Livanın cənubundakı bir sıra hədəflərə hücum edib. Minlərlə silah, raket və buraxılış qurğusunun daşınması üçün istifadə edilən nəzarət məntəqələri, eləcə də silah anbarları, buraxılış qurğuları və Hizbullahın qərargahları darmadağın edilib.

Xəbər lenti