Dünya 27-11-2025, 14:11

"BƏƏ İsrailin nəzarəti altında olan təşkilata çevrilib”

"BƏƏ İsrailin nəzarəti altında olan təşkilata çevrilib”
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidməti agentlərinin Türkiyədə fəaliyyət göstərən mühüm müdafiə sənayesi təşkilatlarında rəhbər vəzifələrdə çalışan personal haqqında bioqrafik məlumatlar toplamağa cəhd göstərdikləri, Türkiyənin mobil telefon şirkətindən əldə edilən saxta profillərdən, Xarici İşlər Nazirliyinin istifadə etdiyi telefondan və bir neçə xarici ölkənin rəsmiləri ilə əlaqələrdən istifadə etdikləri müəyyən edilib.

Planetinfo.az-ın yazdığına görə, bir-biri ilə əlaqəsi olduğu müəyyən edilmiş dörd şəxsdən üçü həbs edilib.

Keçmiş MİT zabiti Əli Burak Darıcılı məsələ ilə bağlı şərh verərək, BƏƏ-nin İsrailin rəhbərliyi altında Türkiyədə məkrli addımlar atdığını bildirib.

Əli Burak Darıcılı açıqlamasında deyib ki, “Qiymətləndirməmə görə, BƏƏ-nin Türkiyəyə qarşı casusluq fəaliyyətlərinin arxasında əsasən İsrail dayanır. BƏƏ, xüsusən də son zamanlar, İsrailin təsiri və nəzarəti altında olan bir təşkilata çevrilib. Bu kontekstdə, BƏƏ-nin türk mühəndislərinin bioqrafik məlumatlarını, xüsusən də mobil telefon nömrələrini almaqla və Türkiyənin müdafiə sənayesi ilə bağlı yüksək dərəcədə məxfi məlumatlara çıxış əldə etməklə Pegasus tipli casus proqram əməliyyatları aparmağa çalışdığı qiymətləndirilə bilər. “Ad niyə geri götürüldü?” sualının cavabı, fikrimcə, budur: Türkiyə bu proses zamanı mesaj göndərmək istəmiş ola bilər, eyni zamanda BƏƏ ilə körpüləri tamamilə yandırmaq istəmir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün davam edən və potensial imkanlar mövcuddur. Lakin Sudanda mövqelər düşmənçilik xarakteri daşıyır. Bu açıqlama məlumatlara əsaslanmır və tamamilə şəxsi xarakter daşıyır; lakin mən yanıldığıma inanmıram”.

Xəbər lenti